Azərbaycan milli komandasının müdafiəçisi Cəlal Hüseynovun yeni komandası müəyyənləşib.
İdmanxeber.az-ın məlumatına görə, futbolçu karyerasını Rumıniya çempionatında davam etdirəcək. O, “Petrolul” klubu ilə anlaşıb. Tərəflər arasında 2 illik müqavilə bağlanıb.
Komanda ötən mövsüm Rumıniya yüksək liqasında 12-ci yeri tutub.
Cəlal Hüseynov buna qədər Bolqarıstanın “Arda” klubunda çıxış edirdi.

