“Sabah”ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsindəki potensial rəqibləri müəyyənləşib.
İdmanxeber.az-ın məlumatına görə, Bakı təmsilçisi I təsnifat mərhələsində Uelsin TNS klubunu mübarizədən kənarlaşdıracağı təqdirdə növbəti raundda aşağıdakı komandalardan biri ilə üz-üzə gələcək.
Bunlar Serbiyanın “Srvena Zvezda”, Polşanın “Lex” (Poznan) klubları, “Floriana” – “Şemrok Rovers”, “Vardar” – KUPS, “Jalqiris” – “Drita” və “Linkoln” – “İnter Eskaldes” cütlərinin qalibləridir.
Qeyd edək ki, UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin püşkü bu gün Nyonda keçiriləcək. Mərhələnin ilk oyunları iyulun 17-də, cavab görüşləri isə 21-22 iyul tarixlərində baş tutacaq.

