19 İyun 2026
Dünya futbolu

“Real” Fernandes üçün hərəkətə keçir

“Real” yay transfer pəncərəsində heyətini gücləndirmək üçün yeni hədəf müəyyənləşdirib.

İdmanxeber.az-ın məlumatına görə, İspaniya nəhəngi “Mançester Yunayted”in yarımmüdafiəçisi Bruno Fernandeslə maraqlanır. Klub rəhbərliyinin portuqaliyalı futbolçunun vəziyyətini yaxından izlədiyi bildirilir.

Hələlik rəsmi təklif göndərilməsə də, tərəflər arasında mümkün transferlə bağlı ilkin müzakirələrin aparıldığı vurğulanır. Fernandesin özü isə hazırda gələcəyi ilə bağlı qərar verməyə tələsmir.

Transferin yaxın həftələrdə daha da aktuallaşacağı gözlənilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43