19 İyun 2026
Dünya futbolu

Premyer Liqa klubu müdafiəçini transfer edir

“Çelsi” yay transfer dönəmində müdafiə xəttinə yeni futbolçu cəlb etməyi planlaşdırır.

İdmanxeber.az-ın məlumatına görə, London klubunun əsas hədəflərindən biri Almaniyanın “Volfsburq” komandasında çıxış edən Maksans Lakruadır.

İngiltərə təmsilçisinin futbolçunun nümayəndələri ilə təmaslara başladığı iddia olunur. Baş məşqçi yeni mövsüm öncəsi müdafiədə rəqabəti artırmaq niyyətindədir.

Lakrua da karyerasını Premyer Liqada davam etdirməyə müsbət yanaşır. Transferin dəyərinin 30 milyon avro ətrafında ola biləcəyi bildirilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43