25 İyun 2026
Kateqoriyasız

Vinisius Braziliya rekordunu yenilədi

Braziliya millisinin liderlərindən Vinisius Junior dünya çempionatında tarixi nailiyyətə imza atıb.

İdmanxeber.az-ın məlumatına görə, hücumçu Şotlandiya ilə oyunda iki dəfə fərqlənərək komandasının 3:0 hesablı qələbəsinə töhfə verib. Bununla da Vinisius son 24 ildə qrup mərhələsinin bütün oyunlarında qol vuran ilk braziliyalı futbolçu olub.

O, Ronaldo və Rivaldo kimi əfsanələrin göstəricisini təkrarlayıb. Hücumçu hazırda turnirin bombardirləri sırasında yer alır.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43