25 İyun 2026
Dünya futbolu

DÇ-2026: Almaniyanın hücumçusu diqqət mərkəzində

Almaniya millisinin hücumçusu Deniz Undav dünya çempionatında diqqət mərkəzinə düşüb.

İdmanxeber.az-ın məlumatına görə, 29 yaşlı futbolçu qrup mərhələsində əsasən sonradan meydana daxil olsa da, yüksək məhsuldarlıq nümayiş etdirib. O, qısa müddətdə 3 qol vurub və 2 məhsuldar ötürmə edib.

Undavın çıxışı Almaniyanın qrup lideri kimi növbəti mərhələyə yüksəlməsində mühüm rol oynayıb. Baş məşqçi Yulian Naqelsmann onun oyunundan razı qaldığını bildirib.

Almaniya mətbuatı futbolçunu turnirin əsas kəşflərindən biri adlandırır. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43