“Şəfa” növbəti transferini reallaşdırıb.
İdmanxeber.az-ın məlumatına görə, Bakı klubu müdafiəçi Andrey Fernando Draqunu heyətinə qatıb. 26 yaşlı rumıniyalı futbolçu ilə 1+1 illik müqavilə imzalanıb.
Draqu son olaraq “Unirea Sloboziya” klubunda çıxış edib. Karyerası ərzində isə “Viitorul Târgu Jiu”, “Botoşani” və “Universitatea Krayova” kimi komandaların formasını geyinib.

