“Yuventus” “Cenoa”nın 19 yaşlı hücumçusu Ceff Ekhatoru heyətinə qatıb.
İdmanxeber.az-ın məlumatına görə, Turin təmsilçisi futbolçu ilə 2031-ci ilin yayına qədər müqavilə imzalayıb. Transfer üçün 16 milyon avro və əlavə bonusların ödəniləcəyi bildirilir.
Ekhator ötən mövsüm uğurlu çıxışı ilə diqqət çəkib və artıq İtaliya millisində də debüt edib. “Yuventus” onu hücum xəttinin gələcək liderlərindən biri hesab edir.

