04 İyul 2026
Ölkə futbolu

“Qarabağ” daha bir transferi bitirdi – Bakıya gəldi!

“Qarabağ” heyətini yeni futbolçu ilə gücləndirib.

İdmanxeber.az-a verilən məlumata görə, Ağdam klubu “Ferentsvaroş”un cinah oyunçusu Cəbrail Makreçkisi transfer edib. Tərəflər arasında razılıq əldə edilib

26 yaşlı futbolçu artıq ölkəmizə təşrif buyurub. O, hazırda Bakıdadır. Oyunçu tibbi müayinədən keçdikdən sonra Ağdam klubu ilə müqavilə imzalayacaq.

Müdafiəçi 2023-cü ilin yayından Macarıstan klubunun formasını geyinir. O, bu müddətdə iki çempionluq və bir ölkə kuboku qazanıb, həmçinin UEFA Avropa Liqası və Konfrans Liqasında çıxış edib.

Futbolçu ötən mövsüm Macarıstan klubunun heyətində bütün turnirlərdə 38 oyun keçirib. O, bu matçlarda 2 qol vurub, 6 məhsuldar ötürmə edib.

Makreçkis Latviya U-19 millisində 7 oyun keçirib. Onun “Ferentsvaroş”la müqaviləsi bu yay başa çatıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43