“İmişli” klubu transfer çalışmalarını davam etdirir.
İdmanxeber.az-a verilən məlumata görə, bölgə təmsilçisi heyətini yeni futbolçu ilə gücləndirib. İmişli təmsilçisi Senin Sebai ilə razılıq əldə edib.
Fildişi Sahilindən olan 20 yaşlı yarımmüdafiəçi artıq komandanın düşərgəsindədir. O, “İmişli” ilə yeni mövsümün hazırlıqlarını davam etdirir.
Xatırladaq ki, Senin Sebai ötən mövsümü də Azərbaycanda keçirib. O, I Liqa klubu “Şimal”ın üzvü idi.

