“Araz-Naxçıvan” heyətini yeni futbolçu ilə gücləndirməyə yaxındır.
İdmanxeber.az xarici mətbuata istinadən xəbər verir ki, burundili hücumçu Sudi Abdallah Naxçıvan təmsilçisi ilə danışıq aparır. Artıq tərəflərin anlaşmağa yaxın olduğu bildirilir.
26 yaşlı hücumçu hazırda azad agentdir. O, ötən mövsümü İndoneziya klubu “Persijap”da keçirib.
Futbolçu artıq komandasıyla vidalaşıb. Mənbə iddia edir ki, o, yaxın vaxtda “Araz-Naxçıvan”la müqavilə imzalayacaq.
Sudi Abdallah ötən mövsüm İndoneziya klubunda bütün turnirlərdə 29 oyun keçirib və 5 qol vurub.

