07 İyul 2026
Dünya futbolu

Vlahoviç “Beşiktaş”ı gözlədir

“Yuventus”un hücumçusu Duşan Vlahoviç “Beşiktaş”ın təklifinə hələ cavab verməyib.

İdmanxeber.az-ın məlumatına görə, serbiyalı forvard Türkiyə klubu ilə danışıqları dayandırıb və “Barselona”dan təklif gözləyir. O, həmçinin Premyer Liqada çıxış etməyə üstünlük verir və bunun üçün maaşında endirim etməyə hazırdır.

Qeyd edək ki, Vlahoviç 2022-ci ildən “Yuventus”un heyətində keçirdiyi 168 oyunda 68 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43