07 İyul 2026
Dünya futbolu

Mourinyo Haalandı “Real”a istəyir – bir şərtlə

“Real”ın baş məşqçisi Joze Mourinyo Erlinq Haalandın transferinə müsbət yanaşır.

İdmanxeber.az-ın məlumatına görə, portuqaliyalı mütəxəssis “Mançester Siti”nin hücumçusunu komandasında görmək istəsə də, bu keçidin heyətdəki tarazlığı pozmamasını vacib sayır.

Bildirilir ki, Madrid təmsilçisi Haaland üçün yalnız yüksək səviyyəli futbolçulardan biri komandadan ayrılacağı təqdirdə hərəkətə keçəcək.

Mənbənin iddiasına əsasən, belə bir transfer baş tutacağı halda heyətdən ayrılmağa ən real namizəd Vinisius Junior hesab olunur.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43