Şotlandiyanın “Seltik” klubu “Qarabağ”ın hücumçusu Kamilo Duranın transferi üçün razılığa gəlib.
İdmanxeber.az Şotlaniyada mətbuatına istinadən xəbər verir ki, klub kolumbiyalı forvardın keçidi üçün 5,5 milyon funt sterlinq (12,7 milyon manat) ödəyəcək. Duran artıq transferin son rəsmiləşdirilməsi üçün Qlazqoya yollanıb.
22 yaşlı hücumçu ötən mövsüm bütün turnirlərdə 15 qol vuraraq diqqət çəkib.
O, həmçinin Çempionlar Liqasında “Nyukasl”, “Ayntraxt” (Frankfurt), “Benfika” və “Ayaks”ın qapısına da yol tapmağı bacarıb.

