“Sabah”ın futbolçusu Rauf Rüstəmli komandadan ayrıla bilər.
İdmanxeber.az-a verilən məlumata görə, yarımmüdafiəçinin xidmətində “İmişli” maraqlıdır. Bölgə təmsilçisinin yeni baş məşqçisi Fərid Namazov Rüstəmlini komandada görmək istəyir.
Oyunçu müqavilə ilə “Sabah”a məxsusdur. “İmişli” icarə əsasında onu heyətə qatmağa çalışır.
Rüstəmli özü də ayrılmağa müsbət yanaşır. O, daha çox forma şansı qazanacağı komandaya getmək istəyir.
Xatırladaq ki, yarımmüdafiəçi ötən mövsümü icarə əsasında “Sumqayıt” və “Karvan-Yevlax”da keçirmişdi.

