“Ferentsvaroş”un azarkeş səhifələrindən biri olan “greendevils1899” “Qarabağ”ın Bamidale Yusufla maraqlanması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
İdmanxeber.az-ın məlumatına görə, paylaşımda “Qarabağ”ın nigeriyalı hücumçu üçün 3 milyon avroluq təklif etdiyi barədə yayılan məlumatlar həqiqəti əks etdirmədiyi bildirilib. Futbolçunun transferi ilə bağlı “Ferentsvaroş”a heç bir rəsmi təklif daxil olmadığı da vurğulanıb.
Mənbənin iddiasına görə, Bamidale Yusuf satışa çıxarılmayıb və ona görə heç bir klub tərəfindən konkret maraq göstərilməyib.
Qeyd edək ki, son günlər “Qarabağ”ın 24 yaşlı hücumçunu heyətinə qatmaq istədiyi barədə xəbərlər yayılmışdı.

