09 İyul 2026
Dünya futbolu

PSJ Kolo Muani ilə bağlı yeni qərar verdi

PSJ Randal Kolo Muaninin transferi ilə bağlı digər klublarla danışıqlara başlayıb.

İdmanxeber.az-ın məlumatına görə, “Yuventus”la aparılan görüşlərdə razılıq əldə olunmadığı üçün Fransa çempionu alternativ variantları dəyərləndirir. Hazırda bir neçə İngiltərə və Almaniya klubu hücumçu ilə maraqlanır.

Kolo Muani isə hələ də “Yuventus”a keçməyə üstünlük verir.

27 yaşlı futbolçu ötən mövsüm bütün turnirlərdə 44 matçda 19 qol vurub və 8 assist edib. Transfer taleyinin yaxın günlərdə müəyyənləşəcəyi gözlənilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43