09 İyul 2026
Dünya futbolu

“Bavariya” portuqaliyalı futbolçunu satışa çıxardı

“Bavariya” rəhbərliyi portuqaliyalı yarımmüdafiəçi Joao Palinya bu yay satmaq qərarına gəlib.

İdmanxeber.az-ın məlumatına görə, futbolçu ilə ən ciddi maraqlanan klub “Yuventus”dur. Münhen təmsilçisi uyğun təklif gələcəyi halda transferə mane olmayacaq.

30 yaşlı yarımmüdafiəçi ötən mövsümü icarə əsasında “Tottenhem”də keçirib.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43