09 İyul 2026
Ölkə futbolu

Almaniya klubu millimizin futbolçusu ilə müqavilə bağladı 

Almaniyanın “Herta” klubu azərbaycanlı futbolçu Raul Sülüymanovla peşəkar müqavilə imzalayıb.

İdmanxeber.az xəbər verir ki, bu barədə oyunçu sosial şəbəkə hesabında paylaşım edib. U-21 millimizin üzvü klubun ona göstərdiyi etimada görə təşəkkürünü bildirib və ilk peşəkar müqaviləsini imzaladığı üçün qürur hissi keçirdiyini vurğulayıb:

“Etimada görə təşəkkür edirəm. “Herta” ilə ilk peşəkar müqaviləmi imzaladığım üçün qürur duyuram. Qarşıdakı dövrü səbirsizliklə gözləyirəm”.

Qeyd edək ki, Raul daha öncə bu klubun gənclərdən ibarət komandasında çıxış edirdi. O, bundan sonra Berlin təmsilçisinin əsas komandasında yer uğrunda mübarizə aparacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43