09 İyul 2026
Ölkə futbolu

Braziliyalı futbolçu Premyer Liqa klubu üçün Bakıya gəldi 

“Araz Naxçıvan” heyətini yeni qapıçı ilə gücləndirib.

İdmanxeber.az-a verilən məlumata görə, Naxçıvan təmsilçisi braziliyalı qapıçı Artur Aqustonu heyətinə qatıb. 26 yaşlı qolkiperin artıq Bakıda olduğu bildirilir.

Təcrübəli oyunçu ötən mövsümü İndoneziyanın “Semen Padanq” klubunda keçirib. O, çempionatda komandası ilə 22 oyunda çıxış edib və 41 qol buraxıb.

Transferin yaxın günlərdə rəsmən açıqlanması gözlənilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43