“Nottingem Forest” heyətini Avstriya millisinin yarımmüdafiəçisi Xaver Şlagerlə gücləndirməyə yaxındır.
İdmanxeber.az-ın məlumatına görə, təcrübəli futbolçunun “Leyptsiq”dən azad agent kimi ayrılacağı və İngiltərə klubuna keçəcəyi bildirilir. Tərəflər şəxsi müqavilənin şərtlərini razılaşdırmaq üzrədir.
Rəsmi açıqlamanın yaxın günlərdə veriləcəyi gözlənilir.
Şlager ötən mövsüm 32 oyunda 2 qol vurub, 6 məhsuldar ötürmə edib.

