“Qarabağ”ın Avropa Liqası I təsnifat mərhələsi çərçivəsində “Vestri” ilə cavab oyunu canlı yayımlanmaya bilər.
İdmanxeber.az-a verilən məlumata görə, tərəflər maliyyə məsələsində razılığa gələ bilmir. İslandiya tərəfi matçın yayımı üçün yüksək məbləğ tələb edir. “Qarabağ” isə bu vəsaiti ödəmək istəmir.
Maraqlıdır ki, “Sabah”ın Çempionlar Liqasındakı rəqibi TNS ilə “Qarabağ”ın üz-üzə gəldiyi “Vestri” klublarının oyunlarının yayım hüquqları eyni şirkətə məxsusdur. Həmin şirkət “bayquşlar”a da eyni problemi yaratmışdı.
Ancaq “Sabah” rəhbərliyi məsələni həll edə bilmişdi.
“Qarabağ”da isə durum hələlik qeyri-müəyyəndir. İslandiya tərəfinin tələb etdiyi məbləği yüksək olduğu üçün görüşün yayımlanmama ehtimalı yüksəkdir.
Xatırladaq ki, “Vestri” – “Qarabağ” qarşılaşması bu gecə saat 00:00-da start götürəcək. Tərəflər arasındakı ilk oyun Ağdam klubunun 3:0 hesablı qələbəsilə başa çatıb.

