25 İyul 2026
Ölkə futbolu

“Kəpəz” yeni transferini açıqladı 

Yeni mövsümə hazırlıqlarını davam etdirən “Kəpəz” daha bir transferi rəsmiləşdirib.

İdmanxeber.az-ın məlumatına görə, “Kəpəz” 33 yaşlı müdafiəçi Urfan Abbasovu heyətinə qatıb.

Təcrübəli futbolçu ilə müqavilənin müddəti mövsümün sonunadək nəzərdə tutulub.

Urfan Abbasovun son klubu “Araz-Naxçıvan” olub. O, ötən mövsüm ərzində ümumilikdə 26 oyunda meydana çıxıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43