Kateqoriyasız

Abdulla Zubir: “Yaxşı nəticəyə köklənmişik”

“Qarabağ”ın futbolçusu Abdulla Zubir sabah Konfrans Liqasının 3-cü turu çərçivəsində “Kayrat”a qarşı keçiriləcək matç haqda danışıb.

Mətbut konfransında danışan Ağdam klubunun aparıcı üzvü matç haqda bunları deyib: “Bizim üçün vacib oyundu. Hazır olduğumuzu düşünürəm. Qrup mərhələsinə yaxşı başlamışıq. Bu cür də davam etmək niyyətindəyik. “Kayrat” güclü komandadı, müxtəlif yığmalarda oynayan futbolçuları var. Yaxşı nəticəyə köklənmişik. Konfrans Liqası fərqli səviyyədi. Hər oyunda maksimum effektli olmağa çalışıram. Sabah komandamın uğurlu nəticə qazanmasına kömək olmaq istəyirəm”.

O, yenidən Tofiq Bəhramov stadionunda oynayacaqları haqda isə şad olduqlarını deyib: “Tofiq Bəhramovda oynamaq daha xoşdu. Komanda yoldaşlarım da belə düşünür. Çünki bu stadionda azarkeşlər meydançaya daha yaxındı. Tofiq Bəhramova qayıtdığıma görə şadıq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43