09 İyul 2026
Dünya futbolu

Abubakar “Neftçi”dən ayrıla bilər – Təklifi var 

Vinsent Abubakar “Neftçi”dən ayrıla bilər.

İdmanxeber.az Qazaxıstanın match.kz saytına istinadən verdiyi məlumata görə, kamerunlu hücumçu “Aktobe”yə transfer oluna bilər. 34 yaşlı forvard ötən ilin oktyabrında “Neftçi”yə qoşulub.

O, Bakı klubunda keçirdiyi 12 rəsmi oyunda 6 qol vurub. Yuri Vernidubun baş məşqçi təyinatından sonra isə əsas heyətdəki yerini itirib.

“Transfermarkt” onun dəyərini 700 min avro göstərir. Qeyd edək ki, “Aktobe” son olaraq Luiş Nanini də heyətinə qatıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43