05 İyun 2026
Dünya futbolu

Adama Traore yanvarda klubunu dəyişə bilər

“Fulhem”in ispaniyalı futbolçusu Adama Traore yanvar ayında yeni komandaya keçə bilər.

İdmanxeber.az xəbər verir ki, “Fulhem”in ispaniyalı futbolçusu Adama Traore qış transfer pəncərəsində klubunu dəyişə bilər.

“Vest Hem Yunayted” rəhbərliyi 29 yaşlı vingerin transferini reallaşdırmaq niyyətindədir. Lakin “Fulhem” hələlik oyunçunu buraxmaq istəmir.

Qeyd edək ki, Adama Traore cari mövsümdə 7 oyunda meydana çıxıb və 1 qol ötürməsi ilə yadda qalıb.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43