Kateqoriyasız

AFFA ən ağır cəzanı “Səbail”ə verdi

İntizam Komitəsinin bu gün iclası keçirilib.

İdmanxeber.az xəbər verir ki, toplantıda Premyer Liqanın VI turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

Misli Premyer Liqasının VI  turunun “Turan Tovuz” – “Kəpəz” oyununda “Turan Tovuz” azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə klub 800 manat cərimə olunur;

“Kəpəz” klubunun “Xəmsə” fan klubunun azarkeşləri tərəfindən 110 ədəd oturacağın sındırılması ilə bağlı dəymiş zərər “Kəpəz” klubu tərəfindən ödənilsin;

“Kəpəz” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığına görə klub 800 manat cərimə olunur (maddə 39);

VI turun “Qəbələ” – “Neftçi” oyununda “Neftçi” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığına görə klub 800 manat cərimə olunur;

VI turun “Səbail” – “Zirə” oyununun 79-cu və 90+1-ci dəqiqəsində “Səbail” klubunun azarkeşləri tərəfindən hakimlərin ünvanına qeyri-etik, təhqiramiz ifadələr işlədildiyi üçün “Səbail” klubu 4000 manat cərimə olunur;

Birinci hissədə AFFA nümayəndələri üçün şəraət yaradılmadığına görə “Səbail” klubu 800 manat cərimə olunur;

“Səbail” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığına görə klub 800 manat cərimə olunur;

“Zirə” futbol klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığına görə klub 800 manat cərimə olunur;

“Səbail” klubunun futbolçusu Tural Bayramlı ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur;

VI turun “Qarabağ” – “Sabah” oyununda “Sabah” klubunun baş məşqçisi Murad Musayev texniki zonanı tərk edərək yan xətt hakiminə etiraz etdiyi üçün qırmızı vərəqə aldığına görə 1 oyun cəzalandırılır və “Sabah” klub 800 manat cərimə olunur;

Oyunun 90+4-cü dəqiqəsində “Qarabağ” klubunun  azarkeşləri meydançaya daxil olduğuna görə “Qarabağ” klubu 1600 manat cərimə olunur ;

“Sabah” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığına görə klub 800 manat cərimə olunur (maddə 39);

“Sabah” klubunun futbolçusu Abdulaye Ba ikinci sarı vərəqə alaraq maydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat məbləğində cərimə olunur;


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43