08 İyul 2026
Ölkə futbolu

AFFA klublara daha bir zərbə vurmağa hazırlaşır – SON DƏQİQƏ!

AFFA bütün liqalarda cərimələrin qiymətini artırmaq qərarını verməyə hazırlaşır.

Daha öncədən də yazdığımız kimi, AFFA Premyer Liqa klublarına verdiyi 3 milyon manatı azaldaraq 2.5 milyon azn-ə çatdırıb. Qurum bununla da kifayətlənmək niyyətində deyil. AFFA yeni mövsümdən Premyer Liqa daxil olmaqla, bütün liqalarda cərimələrin qiymətini artırmağı planlaşdırır.

İntizam Komitəsinin qərarlarına əsasən tətbiq olunan cərimələr yeni mövsümdən bir neçə dəfə artırıla bilər. AFFA bu məsələni götür-qoy edir və qarşıdakı iclaslarda bu, əsas müzakirə mövzularından biri olacaq.

Məsələ bu ayın axırlarında planlaşdırılan AFFA İcraiyyə Komitəsinin (İK) növbəti toplantısında müzakirəyə çıxarılacaq və son qərar veriləcək.

Qeyd edək ki, federasiya Premyer Liqa klublarının hər birinə 3, I Liqa komandalarına 300 min, II liqada çıxış edən kollektivlərin isə hərəsinə 50 min manat pul ayırır.

İdmanxeber.az

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43