08 İyul 2026
Dünya futbolu

PSJ-nin futbolçusu ilin ən yaxşısı seçildi

PSJ-nin hücumçusu Osman Dembele Milli Peşəkar Futbolçular İttifaqı (UNFP) tərəfindən Liqa 1-in 2024/25 mövsümünün ən yaxşı oyunçusu seçilib.

İdmanxeber.az-ın məlumatına görə, bu mövsüm 27 yaşlı fransız Fransa çempionatında 28 oyun keçirib, 21 qol vurub və 8 məhsuldar ötürmə edib.

UNFP digər kateqoriyalar üzrə də mükafatlar təqdim edib. İlin ən yaxşı baş məşqçisi Luis Enrike, ölkəxaricində çıxış edən ən yaxşı fransalı futbolçu isə Kilian Mbappe seçilib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43