Ölkə futbolu

AFFA legioner limitini yenə dəyişdi

Bu gün, saat 10:30-da, Hilton otelində AFFA-nın növbəti Hesabat Konfransı, Konfransdan dərhal sonra isə İcraiyyə Komitəsinin iclası keçiriləcək.

***

Konfransda iştirak edən UEFA-nın I vitse-prezidenti Şenes Erziki salamlayıb və tədbiri açıq elan edib. AFFA prezidenti Rövnəq Abdullayev bunları söyləyib:

“2005 – 2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramına uyğun olaraq, Bakının sənədlərini 2020-ci il Avropa çempionatına ev sahibliyinə namizəd şəhər kimi verilib. Artıq sənədləşmə işlərinin başa çatıb və apreldə çıxarılacaq qərarı gözləyirik. Bakı qalib seçiləcəyi halda, oyunları yüksək səviyyədə keçirməyə hazırıq”.

***
AFFA prezidenti Rövnəq Abdullayev hazırda davam edən qurumun konfransında milli komandanın çıxışını da qiymətləndirib:
"Hesab edirəm ki, 2013-cü il Azərbaycan futbolu üçün uğurlu olub. Biz seçmə mərhələni 9 xalla başa vura bildik. Futbolda böyük layihələr həyata keçirilib. Biz bu barədə geniş danışacağıq".

***
Müzakirələrdən sonra legioner limitinin dəyişdirilməsi qərara alınıb. Növbəti – 2014/15 mövsümdən etibarən komandalar 6+5 (6 legioner, 4 yerli və yaşı 21-i keçməmiş 1 yerli futbolçu) meydanda çıxacaqlar.

Xatırladaq ki, hazırda klublar qüvvədə olan 7+3+1 (7 legioner, 3 yerli və 1 nəfər yaşı 21-dək olan yerli futbolçu) sistemində narazı idi və bu məsələyə yenidən baxılmasını istəyirdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43