Ölkə futbolu

AFFA Quliyevin timsalında “Sabah”a xəbərdarlıq etdi

AFFA İntizam Komitəsinin iclası keçirilib.

İclasda aşağıdakı qərarlar qəbul edilib:

Premyer Liqanın VI turunun “Zirə” – “Sumqayıt” oyununda meydança vaxtında sulanmadığı üçün meydan sahibi klub 800 manat cərimə olunur.

“Keşlə” – “Sabah” oyununda “Sabah” klubunun bəzi rəsmi şəxsləri “A” buraxılış vərəqəsindən istifadə etmədiyinə görə klub 800 manat cərimə olunur. Klubun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur. Mətbuat konfransı zamanı “Sabah” klubunun baş məşqçisi Ramin Quliyev hakimlərin idarəçiliyinə qarşı iradlarla çıxış etdiyinə görə kluba xəbərdarlıq edilsin.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43