Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar faciə qurbanları anılıb.
İdmanxeber.az-ın məlumatına görə, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının rəhbərliyi – baş katib Cahangir Fərəcullayev, icraçı vitse-prezident Sərxan Hacıyev, baş katibin müşaviri Orxan Həsənov, icraçı vitse-prezidentin müşaviri Orxan Əhmədov və Elçin Məmmədov Xətai rayonu ərazisində faciə qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət edib, şəhidlərin ruhuna ehtiramlarını bildiriblər.








