Ölkə futbolu

AFFA rəsmiləri UEFA-nın seminarında

Martın 4-də və 5-də Bolqarıstanın Sofiya şəhərində UEFA-nın “Klubların Lisenziyalaşdırılması və Maliyyə Fair Play”i mövzusunuda seminarı keçiriləcək.

AFFA-nın Lisenziyalaşdırma Qrupunun rəhbəri Elçin Məmmədov, lisenziyalaşdırma üzrə ekspertlər Anar Kazımlı və Aynur Abdullayevanın iştirak edəcəyi seminarda aşağıdakı mövzular müzakirə olunacaq:

UEFA-nın Klubların Lisenziyalaşdırılması və Maliyyə Fair Play şöbəsinin ümumi fəaliyyəti və yeni layihələri

UEFA-nın Klubların Lisenziyalaşdırılması və Maliyyə Fair Play üzrə qaydalarında gələn mövsümdən etibarən qüvvəyə minəcək dəyişikliklər

Bolqarıstanda Klubların Lisenziyalaşdırılması sisteminin tətbiqi


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43