06 İyul 2026
Kateqoriyasız

AFFA “Zirə”nin məşqçisini və “Sumqayıt”ı cəzalandırdı

Bu gün İntizam Komitəsinin növbəti iclası keçirilib.

İdmanxeber.com-un məlumatına görə, İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul olunub:.

Azərbaycan Kubokunun 1/4 mərhələsinin cavab oyunları çərçivəsində keçirilən “İnter” – “Rəvan” matçında “Rəvan” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur.

Azərbaycan Kubokunun 1/4 mərhələsinin cavab oyunları çərçivəsində keçirilən “Qəbələ” – “Zirə” matçında “Zirə” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur.

Azərbaycan Premyer Liqasının XXV turunun “Qəbələ” – “Zirə” matçında “Zirə” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur.      

Oyunun 85-ci dəqiqəsində “Zirə” klubunun məşqçisi Anar Niftəliyev texniki zona qaydaların pozduğuna görə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 1000 manat cərimə olunur.

Azərbaycan Premyer Liqasının XXV turunun “Sumqayıt” – “Qarabağ” matçında “Sumqayıt” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur.  

Əvəzedici heyətlərin XXV turunun AZAL – “Neftçi” matçında AZAL  klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunur. (PFL)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43