Dünyadan

Afrika kubokunun qalibi dünyasını dəyişdi: səbəb xərçəng xəstəliyi

Nigeriya yığmasının və “Rayo Valekano”nun qolkiperi Vilfred Aqbonavbare ağır xəstəlik səbəbindən 48 yaşında dünyasını dəyişib.

İdmanxeber.com-un məlumatına görə, futbolçuda bədxassəli şiş aşkar olunub və Yanvarın 27-si səhər saatlarında dünyasını dəyişib.

Aqbonavbare öz karyerasını “Nyu Nigeriya Bank” adlı Nigeriya klubunda başlayıb və daha sonra İngilis klubu olan “Brentford”a keçib. Daha sonra o “Rayo Valekano” klubunun sıralarında yer alıb və klubun rənglərini 1990-96-cı illərdə qoruyub.

Nigeriya yığmasının tərkibində o 1994-cü ildə Afrika kubokunu udub. Bundan başqa həmin il o, ABŞ-da keçirilən dünya çempionatında iştirak edib və komandası ilə 1\8 finala qədər yüksəlib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43