29 İyun 2026
Dünya futbolu

Alleqri Modriçi təsdiqlədi

“Milan”ın baş məşqçisi Massimiliano Alleqri “Real”ın yarımmüdafiəçisi Luka Modriç karyerasını İtaliya klubunda davam etdirəcəyini təsdiqləyib.

İdmanxeber.az-ın məlumatına görə, təcrübəli mütəxəssis bu barədə özü açıqlama verib. O, “Biz Lukanın avqustda bizə qoşulacağını gözləyirik” deyə, bildirib.

Modriç hazırda Klublararası Dünya Çempionatında “Real”ın heyətində çıxış edir. 39 yaşlı xorvatiyalı turnirdən sonra klubu tərk edəcək.

2024/25 mövsümündə yarımmüdafiəçi bütün turnirlərdə 62 oyun keçirib, 4 qol vurub və 9 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43