Dünya futbolu

Alleqri “Napoli”ni çalışdıra bilər

“Napoli”nin prezidenti Aurelio de Laurentis yeni mövsümdə komandanı Massimiliano Alleqriyə əmanət etmək istəyir.

İdmanxeber.az məlumat verir ki, təcrübəli mütəxəssis mövsümün sonunda “Yuventus”dan ayrılarsa, Neapol klubunun bir nömrəli hədəfi olacaq.

Son çempion “Napoli” hazırda A Seriyasında 49 xalla 8-ci yerdədir.

“Yuventus”da 2-ci dönəmini yaşayan Alleqri məşqçi kimi 6 dəfə İtaliya çempionu olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43