İdman

Alonso daha 2 il “Aston Martin”də

Fernando Alonso daha 2 il “Aston Martin”in pilotu olacaq.

İdmanxeber.az məlumat verir ki, təcrübəli pilotu mövcud müqaviləsini daha 2 il uzadıb. 

Alonso ötən ildən İngiltərə komandasında çıxış edir. 2 qat Formula 1 çempionu ispaniyalı daha öncə “Reno”, “Maklaren” və “Ferrari” kimi komandalarda da çıxış edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43