08 İyul 2026
İdman

AMADA stolüstü tennisçilər üçün seminar təşkil etdi

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) yeniyetmə və gənc stolüstü tennisçilər üçün seminar təşkil edib.

İdmanxeber.az-ın məlumatına görə, tədbirin əsas məqsədi stolüstü tennisçiləri antidopinq qaydaları, idmançıların hüquq və vəzifələri, həmçinin dopinqə qarşı mübarizə strategiyaları barədə məlumatlandırmaq olub.

İştirakçılara qadağan edilmiş maddələr, metodlar, dopinq nəzarəti prosesi, idmançıların bu prosesdəki rolu və nəticələrin idarə olunması mexanizmləri ətraflı izah edilib.

Bəzi hallarda idmançıların bilmədən və ya ehtiyatsızlıqdan tərkibində qadağan edilmiş maddə olan dərmanlar qəbul edə biləcəyi vurğulanıb. Bildirillib ki, bu səbəbdən hər bir idmançı istifadə edilən preparatların tərkibini diqqətlə yoxlamalıdır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43