“Real” Mançester Siti”nin yarımmüdafiəçisi Rodrinin transferində maraqlıdır.
İdmanxeber.az-ın məlumatına görə, Madrid yay transfer pəncərəsində ispaniyalı oyunçunu transfer etmək istəyir. Rodri 8 aya yaxındır oynamır. “Mançester Siti”nin yarımmüdafiəçisi sentyabrda çarpaz bağlarını qoparmışdı.
Bu mövsüm o, bütün turnirlərdə “şəhərlilər” üçün üç oyun keçirməyi bacarıb.
Yarımmüdafiəçi 2019-cu ilin yayından “Mançester Siti”də çıxış edir. Onun müqaviləsi 2026/27 mövsümünün sonuna kimidir. Transfermarkt portalı futbolçunun bazar dəyərini 130 milyon avro qiymətləndirir.

