08 İyul 2026
Ölkə futbolu

SON DƏQİQƏ! “Kəpəz” Yevlaxa “köçür”

“Kəpəz”in növbəti mövsüm ev oyunlarını bir müddət Gəncədən kənarda keçirəcək. Nizami yurdunda yeni stadionun tikintisi davam etsə də, arenanın meydançasının tam hazır vəziyyətə gətirilməsi üçün müəyyən vaxt lazımdır.

Bundan öncəki yazılarımızda “Kəpəz”in ən yaxşı halda dekabrda Gəncədə oynaya biləcəyini vurğulamışdıq. Bu müddətə qədər “sarı-göylər”in rəqiblərini harda qəbul edəcəyi müzakirə olunurdu.

Əldə etdiyimiz məlumata görə, “Kəpəz” növbəti mövsüm ev oyunlarının bir hissəsini Yevlaxda keçirəcək. “Karvan”ın Premyer Liqaya yüksəlməsinin ardından bu stadionda təmir-bərpa işləri start götürür.

Meydançanın süni örtük olacağı da dəqiqləşib. “Kəpəz” rəhbərliyi də Gəncə şəhər stadionu hazır olana qədər Yevlaxda oynamaq niyyətindədir.

İdmanxeber.az


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43