25 İyun 2026
Dünya futbolu

Ançelotti üçün geri sayım başladı – Alonso gəlir?

“Real” “Bayer”in baş məşqçisi Xabi Alonso ilə maraqlanır.

İdmanxeber.az-ın məlumatına görə, Karlo Ançelotti mövsümü uğursuz başa vursa, klublararası dünya çempionatı başlamamış Madrid klubunu tərk edə bilər. Bu halda rəhbərlik ispaniyalı mütəxəssis Alonso ilə danışıqlara başlayacaq.

33 turdan sonra “Real” La Liqanın turnir cədvəlində lider “Barselona”dan 4 xal geri qalaraq 2-ci yerdədir. Şənbə günü Madrid komandası İspaniya kubokunun finalında “Barselona” ilə qarşılaşacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43