25 İyul 2026
İdman

“Anderlext” baş məşqçisini qovdu

Belçikanın “Anderlext” klubu baş məşqçisi Rene Vayleri istefaya göndərib.

İdmanxeber.com-un məlumatına görə, bu barədə klubun rəsmi saytı xəbər yayıb. Komandanın uğursuz çıxışları rəhbərliyin bu addımı atmasına səbəb olub.

“Anderlext” 7 turdan sonra 16 komanda arasında 9 xalla 9-cu pillədə qərarlaşıb. 

Qeyd edək ki, isveçrəli məşqçi 2016-cı ildən “Anderlext”i çalışdırırdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43