Kateqoriyasız

“Araz-Naxçıvan” Rumıniya klubuna qalib gəldi – Çempionlar Liqasında

“Araz-Naxçıvan” UEFA Çempionlar Liqasının əsas mərhələsində bu gün ikinci oyununa çıxıb.

İdmanxeber.az-ın məlumatına görə, təmsilçimiz Rumıniyanın “Yunayted Qalati” klubu ilə üz-üzə gəlib. Qarşılaşma “Araz-Naxçıvan”ın 5:3 hesablı qələbəsiylə başa çatıb.

Qeyd edək ki, “Araz-Naxçıvan” son turda Kosovonın “Ligeni” klubu ilə qarşılaşacaq. Bu matç oktyabrın 31-də baş tutacaq.

“Araz-Naxçıvan” – “Yunayted Qalati” (Rumıniya) (3:2) 5:3

Qollar: David Qustavo, 3:30, 35:38, Maneka 5:20, Murilo Borges,19:43, Felipinyo, 36:50 // Daniel Araujo, 6:58, 16:48, 36:37


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43