Kateqoriyasız

“Araz Naxçıvan” təcrübəli futbolçunu transfer etdi

Yeni mövsümdən elitada çıxış edəcək “Araz Naxçıvan” daha bir futbolçunu heyətinə qatıb.

İdmanxeber.com-un məlumatına görə, Naxçıvan klubu AZAL-dan ayrılan təcrbüıli qolkper Cahangir Həsənzadə ilə güclənib. 

Artıq 35 yaşlı qapıçı ilə razılıq əldə olunub və bugünlərdə onunla bir illik müqavilə imzalanacaq.

Milli komandamızın sabiq üzvü C.Həsənzadə 2009-cu ildən AZAL-da çıxış edirdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43