05 İyun 2026
Ölkə futbolu

“Araz Naxçıvan” – “Turan Tovuz” matçına doğru: 8 futbolçu zədəlidir

Misli Premyer Liqasının XXXI turunda “Araz Naxçıvan” doğma meydanda “Turan Tovuz”la üz-üzə gələcək.

İdmanxeber.az-ın məlumatına görə, görüşə hər iki komanda da itkilərlə çıxacaq. Naxçıvan klubunda Mustafa Əhmədzadə, Miço Kuzmanoviç, Bəxtiyar Həsənalızadə, Əyyub Allaş və Sezar Meza Kolli zədə səbəbindən bu oyunda çıxış edə bilməyəcək. 

Tovuz təmsilçisində də zədəli futbolçular var. Denis Marandiçi, Şəhriyar Əliyev və Rüfət Əhmədov oyunu buraxacaq. Cəzalı Kurban Berdiyev isə görüşü tribunadan izləyəcək.

Qeyd edək ki, 18 apreldə Mərdəkanda “Liv Bona Dea Arena”da keçiriləcək “Araz-Naxçıvan” – “Turan Tovuz” qarşılaşması saat 19:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43