06 İyun 2026
Ölkə futbolu

“Araz Naxçıvan”da qarışıqlıq: rəhbərlik sözünün üstündə durmadı

“Araz Naxçıvan”da növbəti mövsüm üçün bəlirsizlik davam edir.

Komandada bir çox futbolçunun müqaviləsi mövsüm sonu bitsə də, Naxçıvan təmsilçisi həç kimlə danışıqlara başlamayıb. Başqa klublardan təklifləri olan oyunçuların hazırda gələcək karyeraları ilə bağlı ciddi narahatlıqları var. Komanda üzvləri gedib-getməməklə bağlı yekun qərarlarını verə bilmir.

Rəhbərliyin növbəti mövsümlə bağlı konkret mövqe sərgiləməməsi və Naxçıvan klubunundakı qeyri-müəyyənlik komandanın çıxışına da təsir edir.

Əldə etdiyimiz digər məlumata görə, “Araz Naxçıvan”da sponsor gəlirləri də azalıb. Klub hazırda yalnız dövlətin ayırdığı vəsait hesabına fəaliyyət göstərir. Hətta mövsüm əvvəlində bəzi futbolçulara irəlidə maaşlarının artırılacağı vədi verilsə də, sonradan rəhbərlik sözünün üstündə durmayıb.

Onlara gözlənilən sponsor gəlirlərin olmadığı deyilərək artım edə bilməyəcəkləri bildirilib.

İdmanxeber.az


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43