l Divizion

“Araz Naxçıvan”ın aparıcı üzvləri ilk dövrəni necə dəyərləndirdi?

İlk dövrəni lider kimi başa vuran "Araz-Naxçıvan" PFK daha çox gənc futbolçularının inamlı oyunu ilə ön plana çıxdı. Bu futbolçulardan Akif Tağlyev və Fərman Qəmbərov daim heyətdə yer almaqla, həm də komandanın qələbələrində müstəsna rol oynadılar.

Akif Tağıyev: "İlk dövrə elə də asan keçmədi. Çətin oyunlarımız oldu, buna baxmayaraq qələbə qazandıq. Yalnız bir məğlubiyyət aldıq ki, həmin görüşdə də ələ düşən fürsətlərdən yararlana bilmədik. İndi ikinci dövrəyə daha ciddi hazırlaşırıq. Liderliyimizi çempionatın sonunadək davam etdirəcəyimizə inanıram."

Fərman Qəmbərov: "İlk oyunlarda heç kimi favorit kimi görmürdü. Yeni yaradılmış komandanın bu cür uğuru hamını təəccübləndirdi. "Araz-Naxçıvan" sübut etdi ki, bütün oyunlara eyni səviyyədə hazırlaşır və bütün matçlara son oyun kimi baxır. İlk dövrədə çətin görüşlərimiz oldu, rəqiblərimiz sonadək mübarizə apardılar. Lakin oyunun 90 dəqiqə olduğunu unutmadıq və qazandığımız vacib qələbələr bizi lider etdi."

Qeyd edək ki, ilk dövrədə Akif Tağıyev 987 dəqiqə (4 qol), Fərman Qəmbərov isə 629 dəqiqə (qol vurmayıb) meydana olub.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43