Dünyadan

Arda qərarını verdi

“Barselona” indi transfer etdiyi futbolçuları yanvar ayına qədər oynada bilməyəcək. 

İdmanxeber.com-un məlumatın görəi, FIFA-nın məlum cəzasından sonra katalonlar bu aqibətlə üz-üzə qalıblar. Maraqlıdır, “Barsa”nın “Atletiko”dan transfer etdiyi Arda Turan başqa bir komandaya icarəyə gedəcək, yoxsa elə katalonların düşərgəsində qlacaq? “El Mundo Deportivo” qəzetinə danışan Arda Turan bu məsələyə aydınlıq gətirib:

“6 ay oynaya bilməmək çətin olacaq, amma əhəmiyyətli olan “Barselona” oyunçusu olmaqdır. Həmişə “Barselona” üçün oynamağı xəyal etmişdim. Komandamın adına forma geyəcəyəm ilk günə qədər çalışıb burada qazana biləcəyim bütün kubokları qazanmaq istəyirəm. Dünyanın ən böyük klubu olan “Barselona”da oynamaq istəyirdim. Messi, İniesta və Neymar kimi adlarla birlikdə oynama xəyalım reallaşdı. Başqa bir yerə getmək fikrim yoxdu”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43