29 İyun 2026
Dünya futbolu

Argentina millisində daha bir itki

“İnter”in və Argentina millisinin hücumçusu Lautaro Martinez sıradan çıxıb.

İdmanxeber.az-ın məlumatına görə, 27 yaşlı hücumçunun əzələsində problem yaranıb. O, bu səbəbdən millinin düşərgəsini tərk edib.

Daha əvvəl Lionel Messinin zədə səbəbindən dünya çempionatının seçmə mərhələsində Braziliya və Uruqvaya qarşı oyunları buraxacağı açıqlanmışdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43